“Neftçi”nin yeni baş məşqçisinin kimliyi məlumdur.
Paytaxt klubu Adrian Mutu ilə müqavilə imzalayıb. Onunla 2+1 illik müqavilə imzalanıb.
Azərbaycanda çalışmaq üçün “Rapid“lə müqaviləsini qarşılıqlı razılaşma əsasında pozan çalışdırıcı Buxarest təmsilçisində birgə işlədiyi köməkçiləri də özüylə bura gətirəcək.
Məşqçilik karyerasına nisbətən tez – 37 yaşında başlayan Mutu müxtəlif vaxtlarda ölkəsinin “Voluntari”, “Universitatea Krayova”, həmçinin BƏƏ-nin “Əl-Vəhdə” klubunda və Rumıniya millisinin gənclər komandasında işləyib.
Futbolçu kimi çox uğurlu karyeraya malik olan eks hücumçunun ən parlaq illəri İtaliyada keçib. O, bu ölkənin “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina” kimi klublarında çıxış edib.
Bundan əlavə, İngiltərədə “Çelsi”, Fransada isə “Ayaçço”nun da formasını geyinmiş Mutu əfsanəvi məşqçilər – Marçello Lippi, Klaudio Ranyeri, Joze Mourinyo, Fabio Kapello, Çezare Prandelli kimi mütəxəssislərin rəhbərliyi altında çıxış edib, onlardan futbolun sirlərini öyrənib.
SPORTİNFO.AZ