“Neftçi” azarkeşləri yeni baş məşqçinin adını yaxın günlər ərzində eşidəcək.
SOCAR rəhbərliyi Lorentsiu Regekampfı əvəzləyəcək mütəxəssisin kimiyini müəyyənləşdirmək yolunda sona yaxınlaşıb.
Ən yeni informasiyaya görə, hazırda cəmi 2 namizəd qalıb. Onlardan biri rumıniyalı Adrian Mutudur.
Digər çalışdırıcı isə İspaniyadandır. Neft şirkətinin təmsilçisi onlarla tet-a-tet danışıqlar aparmaq üçün adıçəkilən ölkələrə səfər edib.
Redaksiyamıza daxil olan məlumata görə, “Neftçi”nin Müşahidə Şurasının üzvləri seçim məsələsini gündəlik nəzarətdə saxlayır. Bununla bağlı üzvlər arasında davamlı müzakirələr aparılır.
SPORTİNFO.AZ