“Neftçi”nin baş məşqçisi olacağı gözlənilən Sərgən Yalçın artıq Bakıdadır.
Türkiyəli mütəxəssisi gətirən özəl təyyarə az öncə paytaxtımıza enib.
Meneceri ilə bərabər bura təşrif buyuran sabiq “Beşiktaş“lının axşam saatlarında klubun Müşahidə Şurasının sədri və SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüşü nəzərdə tutulub.
O, həmçinin “ağ-qaralar“ın şəraitini incələyəcək, müqavilənin şərtlərini üzbəüz söhbətdə müzakirə edəcək, hədəflərlə bağlı danışacaq.
SPORTİNFO.AZ