Emin Mahmudovla bağlı dedi-qodulara nəhayət ki, son qoyuldu.
Azərbaycan millisinin üzvü karyerasını böyük ehtimalla Koreyada davam etdirəcək.
31 yaşlı yarımmüdafiəçi sözügedən ölkənin yüksək dəstəsində mübarizə aparan “Jeonbuk Hyundai Motors”la anlaşıb.
Bu barədə məlumat dünyanın aparıcı saytlarından olan “transfermarkt”də əksini tapıb.
Eminin ötən mövsümü ikinci pillədə başa vuran klubla hansı müddətə və hansı məbləğə razılaşması haqda bilgi yoxdur.
2017-ci ildən “Neftçi”nin formasını geyinən Mahmudov başa çatan mövsümdə Premyer Liqada meydana çıxdığı 36 oyunda 17 qol vurub, 9 assist edib.
HƏBİB / SPORTİNFO.AZ