COP29

"Neftçi" baş məşqçisi ilə bağlı bütün söz-söhbətlərə son qoydu – GEDİR, yoxsa QALIR?

10 İyun 2023 10:40 Neftçi 5 440
"Neftçi" baş məşqçisi ilə bağlı bütün söz-söhbətlərə son qoydu – GEDİR, yoxsa QALIR?

Rumıniya mediası "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfla bağlı növbəti iddia ilə çıxış edib.

Yerli "romaniatv.net" saytının iddiasına görə, bakılılar həmyerlilərini istefaya göndərməyə hazırlaşır.

O da bildirilir ki, “ağ-qaralar” Regeyə təzminat ödəməyəcək.

Xəbərdə qeyd olunur ki, tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırmaqla bağlı anlaşıblar.

İddiaya görə, rumıniyalı mütəxəssis əvvəlcə "ağ-qaralar"dan 100 000 avro təzminat tələb etsə də, sonradan fikrini dəyişib.

Ötən ilin iyununda Samir Abasovu əvəzləyən Regenın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Rumıniyalı jurnalistlərin yaydığı informasiya həqiqəti əks etdirmir. Hər halda “Neftçi”dən redaksiyamıza daxil olan son məlumat bu yöndədir.

Bildirilib ki, Rege ilə müqaviləyə xitam verilməsinə dair heç bir söhbət aparılmayıb və ümumiyyətlə, bu, müzakirə mövzusu deyil.

Bizə verilən bilgiyə görə, komanda avrokuboklara Regenin rəhbərliyi altında hazırlaşacaq və onun gələn mövsüm də işini davam etdirməsi nəzərdə tutulur.

Yəni, müqavilədə hasnı müddət qeyd olunubsa, hər şey elə ona uyğun davam etdiriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 17:00 VAR, yoxsa YOX?
21 Noyabr 08:20 Cavid öz yerini tapdı