Azərbaycan kubokunu "Neftçi"yə qalib gələn "Qəbələ" qazandı.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov bildirib ki, əyalət təmsilçisi uğur qazanmağın formulunu hamıya göstərdi.
Düzgün planlaşma, strategiya komandaya layiq olduğu nəticələri qazandırdı. Tanınmış jurnalist deyib:
“Aylardır deyirik ki, Lorentsiu Regekampfdan paytaxt klubuna "yar" olmayacaq. Hətta söyləmişdik ki, Rege ilə finala çıxmaq məğlubiyyətə bərabərdir.
Rumıniyalı ilə Biləcəridən o tərəfə keçə bilməzsən, nəinki avrokubokda mərhələyə nəyəsə ümid edəsən.
Nə oyun planı var, nə də matçın gedişatını təxmin etmək. Rege dərhal istefaya göndərilməlidir.
Futbolçularda da motivasiya itib. Onlar da bilirlər ki, bu məşqçi ilə işləri çox çətindir.
"Qəbələ" qarşısında məğlubiyyətlə sanki barışmışdılar kimi bir atmosfer var idi.
Bir sözlə, naşı baş məşqçi "Neftçi"ni daha da urvatsız edir. "Neftçi" rəhbərliyindən hesabat tələb olunmalıdır. Özü də təcili".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: