COP29

“Neftçi” onu göndərib, niyə də bu şəxsə tapşırılmasın?

15 Aprel 2023 17:20 Neftçi 1 742
“Neftçi” onu göndərib, niyə də bu şəxsə tapşırılmasın?

Bu yay ölkəmizi avrokuboklarda təmsil edəcək dörd komandadan üçünün adı bəllidir.

«Qarabağ» və «Sabah»dan sonra «Neftçi» də o biletlərdən birini alıb cibinə qoydu.

Sumqayıtda minimum vəzifəni yerinə yetirmiş «Neftçi» bütün ağlını artıq kuboka verib.

Fikir-zikirləri tamamən oradadır. «Turan Tovuz»u keçməyin, finala adlarını yazdırmağın, titulu qazanmağın xəyallarını qururlar.

Başda da Lorentsiu Regekampf. Rumıniyalı anlayır ki, kuboku başı üzərinə qaldırmasa, özünü baş-ayaq edib, «Neftçi»dən göndərəcəklər.

Georgi Hacinin gecə həyatı ilə məşhur həmyerlisi yalnız pul marağındadır. Pul almadan getmək istəmir.

«Neftçi»nin məsul fiqurlarına yenə də öz təklifimi edirəm, istədiyi pulu Regeyə verməyə çəkinməsinlər. Axı komanda oyun oynamır.

11 ay öncə Bakıya təşrif buyurmuş baş məşqçinin işini bu gün də görmürüksə, bəs nə vaxt görəcəyik? Yaz gəlib yonca bitəndə?

Rege 20-ci əsrin əvvəlində qalıb. Onun dünyasında taktika deyilən nəsə yoxdur. Bu kimi elementlər hələ bu adama çatmır.

Vallah, ciddi sözümdür, SOCAR-ın üst ranqlı funksionerləri tezliklə yığışıb bir qərar versin, komandanı Zaur Əzizova tapşırsın.

O, idman direktorundan daha çox, baş məşqçi kimi faydalı olar «Neftçi»yə. Əzizovun futbolçulara təsir gücü Rege kimi həmdəmxəyal, özünü məşqçi hesab edənlərdən xeyli böyükdür.

Əzizov arator deyil, çox danışmaqla da arası yoxdur. Az deyir, saz deyir. Bu komandaya da heç kim yox, elə onun kimi motivator lazımdır.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 17:00 VAR, yoxsa YOX?
21 Noyabr 08:20 Cavid öz yerini tapdı