
Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov 350 min dollarlıq son təklifi də geri çevirib.
«Neftçi» rəhbərliyi 2017-ci ildən burada çıxış edən orta sahə oyunçusuna məhz bu qədər illik maaş ödəməyə hazır olduğunu bildirib.
Di gəl, komandanın lideri növbəti sərfəli çağırışa məhəl qoymayıb və 3 illik yeni kontraktı imzalamayıb. O, bundan da yüksək əməkhaqqı təklif edəcək klubların biriylə danışıqlar aparacağını bildirib.
Mahmudovun «ağ-qaralar»la sözləşməsi iyunda başa çatacaq. Ailəsi Azərbaycandan ayrılmaq, Rusiyaya qayıtmaq istəyir. Valideynləri də Eminin 7 ildən sonra geri dönməsini arzulayır.
SPORTİNFO.AZ