“Neftçi” baş məşqçisini təcili dəyişməlidir”.
Bu sözlər Sportinfo.az saytının təsisçisi və baş redaktoru İlkin Vaqifoğluya məxsusdur.
ATV kanalında yayımlanan “Futbolumuz” verlişinə qonaq olan İ.Vaqifoğlu ötən ilin yayından bu tərəfə “ağ-qaralar”ın sükanı arxasında dayanan Lorentsiu Regekampı klub rəhbərliyinin ən uğursuz seçimi adlandırıb:
“Onu bura gətirənlər “Neftçi”yə xəyanət edib. Mən son illərdə “Neftçi”də ondan zəif məşqçi görməmişəm.
Bu adamın varlığı futbolçuları narahat edir. Heş kimona görə oynamaq istəmir.
Ümumiyyətlə, Rege də işlədiyi kluba biganədir. Hələ mənə qaranlıq qalıb ki, Regeni “Neftçi”yə dəvət edənlər nəyi əsas götürüblər, onda hansı keyfiyyət görüblər.
Biz görmüşük ki, “Neftçi” həmişə çempionluq uğrunda mübarizə aparsın. Bu il üçüncü yerdən yixarı qalxmaq şansları faktiki olaraq yoxdur.
Nə qədər gec deyil, onunla yolları ayırmaq lazımdır”.