“Neftçi” qış fasiləsinin ikinci transfer çalışmasını bitirib.
Bu haqda Sportinfo.az-a paytaxt klubundan bildirilib.
Verilən məlumata görə, Höccət Haqverdidən sonra Kelan Lebonla anlaşma əldə olunub.
2022-ci ildən “Astana”nın formasını geyinən fransalı 1,5 il ağ-qara formanı geyinəcək.
Bakılılar 25 yaşlı vinger üçün Qazaxıstan klubuna təzminat ödəməyə razılaşıb. Məbləğ hələlik açıqlanmır.
O, karyerası ərzində yerli “Amiens”, Paris”, “Kambli”, “Qazelek Ayaçço” və “Kreteil”lə yanaşı, Niderlannda “Utrext”lə Bolqarıstanda “Beroe”nin şərəfini qoruyub.