COP29

"Neftçi"dən: "Bir neçə futbolçuyla bağlı problem var"

16 Yanvar 2023 00:50 Neftçi 834
"Neftçi"dən: "Bir neçə futbolçuyla bağlı problem var"

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Miedz"ə (1:2) qarşı keçirilmiş yoxlama matçı haqda danışıb.

- Mənim üçün nəticələr önəmli deyil. Buradakı məşqlərimiz ağır keçir, gündə iki dəfə məşq edirik. Bəzi oyunçular bu cür matçlarda o qədər də görünmürlər. Çox sayda gənc oyunçularımız var. Onları təlim-məşq toplanışında yoxlamaq niyyətinəyik. Zədəlilərin bərpa olunmasını istəyirik. Komandanı yanvarın 26-da keçiriləcək ilk rəsmi matça hazır etməliyik..

- Zədəlilərdən söz düşmüşkən, Vato Arveladze, Voyislav Stankoviç, Sezar Meza Kollinin performansını necə dəyərləndirirsiniz?
- Onların qayıtması məni sevindirir. Hamısına kömək etməliyik ki, oyunumuzun ritminə öyrəşsinlər. Asan deyil, Seza uzun müddətdir ki, oynamırdı. Amma hazırda ağrısız oynayır. Ümid edirəm ki, gələcəkdə heç bir problemi olmayacaq. Voyislav Stankoviç müalicəsini bitirdikdən sonra komandaya qayıdıb. Bir neçə futbolçumuzda zədə ilə bağlı problem var. Amma buna neqativ yanaşmıram. Bu müddətdə hamısı bərpa olunacaq və komandamız daha yaxşı görünəcək.

- Yanvarın 19-da daha güclü rəqiblə qarşılaşacaqsız. Demək olar ki, "Srvena Zvezda"ya qarşı matç 26-da "Sabah"la oynayacağınız matçın modeli olacaq?
- Arzu edirəm ki, belə olsun. Amma həmin oyuna qədər bütün futbolçuları bərpa etmək asan deyil. Məşqlərimizi davam etdirəcəyik. Çünki bizim üçün məşqlər yoxlama oyunlarından daha önəmlidir. Yanvarın 19-da çətin görüşümüz olacaq. Lakin "Srvena Zvezda"ya qarşı keçiriləcək matçın nəticəsi qədər önəmli deyil. Vacib olan toplanışımızı zədəsiz başa vurmaqdır.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 17:00 VAR, yoxsa YOX?
21 Noyabr 08:20 Cavid öz yerini tapdı