«Neftçi»nin baş məşqçisi Lorentsiu Regekampf mövsümün ikinci hissəsi ilə bağlı öz düşüncələrini bölüşüb.
Klub funksionerləri ilə məsləhətləşmə aparan rumıniyalı mütəxəssis heyəti gücləndirməyin vacib olduğunu bildirib.
O, minimum 3-4 transfer istəyib. Şərqi avropalı çalışdırıcı qeyd edib ki, komandaya yeni legionerlər cəlb olunmasa, qış fastləsindən qarşıya qoyulan məqsədə yetişmək ciddi müşkülə dönəcək.
Məqsəd deyəndə ki, Rege ölkə kubokunun qazanılmasını nəzərdə tutur.
Yarımfinala vəsiqə qazanan «ağ-qaralar» bu mərhələdə «Turan Tovuz»la qarşılaşacaq. Bakılılar qərb təmsilçisini keçərsə, finalda «Qəbələ» - «Səbail» cütünün qalibi ilə üz-üzə gələcək.
SPORTİNFO.AZ