"Neftçi" Azərbaycan Premyer Liqasının 18-ci turunda doğma meydanda "Şamaxı"nı 3:0 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jualları cavablandırıb:
- Yaxşı oyun oldu. 3 xal qazandıq. Bu matç bizim üçün çox vacib idi. "Zirə" ilə 120 dəqiqəlik oyundan sonra bu görüşü keçirdik. Bərpa olunmaq baxımından kifayət qədər vaxtımız olmadı. Ona görə də qələbə qazandığımıza görə çox sevinirəm. Bu gün hamı meydanda ən yaxşısını vermək üçün çalışdı. Onlar mübarizə apardılar və qələbə qazandılar.
- Yaxşı qrafik yaxaladığınız bir dönəmdə qış fasiləsi başlayır. Bu, sizə necə təsir edəcək?
- Biz pis təsir edəcəyini düşünmürəm. Belə oyunlardan sonra fasilə hamımıza yaxşı təsir edəcək. Futbolçular ailələri islə vaxt keçirəcək, istirahət edəcəklər. Təlim-məşq toplanışından daha güclü qayıtmalıyıq. Ümid edirəm ki, fasilə zamanı zədəli oyunçularımız da qayıdacaq və bizimlə birlikdə məşq edəcəklər. Arzu edirəm ki, toplanışandan sonra komandam daha da güclü olacaq. Meza Kolli, Eddi İsrafilov, Azər Iiyev bizim açar oyunçularımızdır. Ümid edirəm ki, onlar bizə qoşulandan və yeni oyunçular gələndən sonra komandada keyfiyyət daha da artacaq.
- İsmayıl Zülfüqarlı ilə Ağadadaş Salyanskinin oyununu necə dəyərləndirirsiz?
- Onlar bizim komandanın üzvləridir. Bu gün qol vurdular. Amma bu, komandanın zəhməti idi. Emin Mahmudovun necə ötürmə verdiyini də vurğulamaq lazımdır. Çox sevimirəm ki, gənc oyunçular bizim oyun səviyyəmizə çatdıra bilirlər. Onlar daha çox işləməlidirlər. Qarşıdan gələn periodda ilk 11-likdə yerlərini tutmaq çətin olacaq. Çünki, bizim üçün əsas məqsəd güclü komanda yaratmaqdır. Bunu da edəcəyik.
- Komandadan göndərilən futbolçular çox olacaq?
- Xeyr. Bizə güclənməli olduğumuz mövqelərə futbolçular gətirmək vacibdir. Biz peşəkarıq və peşəkarcasına davranmağa çalışırıq. Çox oyunçu dəyişmək olmur. Yeni gələnlərin davamlılığa ehtiyacı var. Komandamızın keyfiyyətinə daha da keyfiyyət qatmağa çalışmalıyıq. Say xatirinə transferlər etməyəcəyik. Komanda qurmaq üçün vaxta ehtiyac var. Oyunçular bizim onlardan istədiyimiz şeylərə öyrəşməlidirlər. Onların özünəinama ehtiyacları var. Futbolçuların inkişaf etməsi üçün sağlam atmosfer lazımdır.
- Çempionatın ilk yarısı başa çatdı. necə dəyərləndirirsiz?
- Heç vaxt üçüncü yerlə qane ola bilmərəm. Hamı istəyir ki, ilk pillələrdə olsun. Mənim də məqsədim odur. Bunu düzgün yöndə etməyə çalışırıq. Komandanın ilk pillələrə qalxması üçün hamı ən düzgün olanı edəcək. Çoxlu iş, enerji və stress var. Amma bu, bizim işimizdir.
- Hansı mövqelərə transfer üçün futbolçularla danışıq gedir?
- Bu, mənim işim deyil. Mətbuat konfranslarında heç vaxt bu mövzuda danışmıram. Rəhbərliklə bununla bağlı təhlillər edirik. Eyni zamanda Müşahidə Şurası ilə maliyyə məsələsi ilə bağlı müzakirə gedir. Təhlillərə əsasən fasilədə nələr edə biləcəyimizə qərar verəcəyik. Nə edəcəyiksə, bu, komandanın yaxşılığı üçün olacaq. Amma birdən-birə 10 oyunçunu dəişəcəyimizi gözləməyin. Bu, peşəkar və sağlam iş olmaz.
- Qodsvey Donyonun oyunu sizi qane edir?
- O, yeni oyunçudur. Komandaya yayda qoşulub. Onun keyfiyyətinə bələdik, "Aris"lə oyunda görmüşük. Adaptasiya olmaq üçün zamana ehtiyacı var. Donyonun bizimlə müqaviləsi var. Bizim klubda futbolçularla bu cür problemlər olmur. Mənkim üçün hər futbolçu vacibdir. Donya yaxşı oyunçudur.
- Oyun fəlsəfəsi olaraq komandaya aşılamaq istədiyinizin nə qədərini meydanda görmüsüz?
- Bizim oyunlarımızı təhlil etsəz, görürsiz. Bu gün vurduğumuz ilk qola baxın. Çalışdıq ki, irəlidə pressinq edib topu alaq. Burada oyunçunun keyfiyyəti də rol oynayır. Bir toxunuşla oynadı. Eminin mükəmməl ötürməsini də qeyd etmək lazımdır. Mənim futbol fəlsəfəm çox sadədir. Çalışırıq ki, topu rəqibdən tez alaq. Amma bunun üçün komanda daha da əzmkar çalışmalıdır. İstədiyimiz səviyyəyə gəlib çatacağıq. Mövsümün əvvəlində yaxşı hazırlaşmaq üçün vaxtımız olmadı. Ona görə də bu gündən etibarən yay üçün komanda qurmağa çalışacağıq. Çalışacağıq ki, böyük dəyişikliklər etməyək. Yayda təlim-məşq toplanışına hazır şşəkildə getmək istəyirik. Onda avrokubokda qrup mərhələsində oynamağa ümid edə bilərik. Planımız belədir. Düşünürəm ki, bu, doğru yoldur. Çünki, "Neftçi" ölkənin iki ən böyük komandası arasında olmalıdır. Hazırkı durumda "Qarabağ"la bizim aramızda fərq böyükdür. Çox danışmalı deyilik, öz üzərimizdə daha əzmkar işləməliyik. İstədimizi qurmaq üçün çalışmaq lazımdır. Geridən gələcəyik.