COP29

"Neftçi"nin baş məşqçisi: "Yazılanlar mənə təsir edə bilməz"

20 Dekabr 2022 22:30 Neftçi 921
"Neftçi"nin baş məşqçisi: "Yazılanlar mənə təsir edə bilməz"

"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Zirə"ni 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf sualları cavablandırıb:

- Biz tərəfdən mükəmməl oyun oldu. Oyunçularım nə tapşırıq vermişdimsə, yerinə yetirdilər. Ortadakı kombinasiya oyununu üstün tutaraq, çalışdıq ki, "Zirə" qapımıza yaxınlaşmasın. Ona görə futbolçulara tapşırmışdım ki, ikinci topları qazanaq. Analizdən sonra gördüm ki, onlar çox top itirir. Bununla da qol vurmağa şansımız çox olacaq. Demək olar ki, ilk matçda oynadığımız oyunun əksini oynadıq. İlk qarşılaşmada oyun bizim nəzazrətimizdə olduğu zaman əks-hücumdan qol buraxmışdıq. Bu gün fərqli oynamağa qərar verdim. Ola bilsin ki, fanatlar üçün gözəgəlimli olmadı. Amma bizim bugünkü görüşdə məqsədimiz o deyildi.

- "Neftçi" sanki ən yaxşı oyununu oynadı. Halbuki itkiləriniz var idi. Sizcə, buna qədər niyə mükəmməl oynaya bilmirdiz?

- Mövsümün geridə qalan hissəsini analiz etmək lazımdır.

- Mamadu Mbocu yola saldınız. Nə baş verdi ki, onunla yolları ayırdınız?

- Məsələnin nə olduğunu dəqiq bilmirsiz. Ona görə düşünrsüz ki, iki oyun qalmış getdi. Heç bir problem yox idi aramızda. Hər iki tərəfin razılığı ilə müqaviləyə xitam verildi. Ona uğurlar arzulamaq istəyirəm.

- Yerli gəncləri meydana daxil edib, sonradan çıxaranda pis təsir edir. Ağadadaş Salyanskidə də bu baş verdi. Onu necə hazırlayacaqsız?

- Bu, mənim işimdir. Ona görə mənə maaş verirlər. Bu gün kubok oyunu idi. Oyunçunun marağına nəzər yetirmirdik. Təzyiq böyük idi. Həmin an o qərarı verməli oldum ki, komandaya xeyirli olsun. Gənc oyunçular dərk etməlidilər ki, əsas komanda əsas komandadır. Mənim üçün yaş önəmli deyil. İstəyirəm hər bir futbolçu meydana daxil olanda uğurlu nəticələr əldə etsin.

- Yeqo Boqomolskini tez-tez start heyətində oynatmaq lazım deyil?

- Onun özündən asılıdır. Bu cür oyunlar nümayiş etdirəndən sonra start heyətində meydana çıxmağa layiq olacaq. Hər gün hər oyunçu üçün çağırışdır.

- Rumıniya mətbuatı sizinlə bağlı məlumat paylaşıb ki, "Universitatya Krayova"ya gedirsiz, klub prezidenti ilə razılaşmısız...

- Sizə bundan əvvəlki vaxtlarda da demişəm ki, bu cür söz-söhblət başa çatacaq. Buradayam, müqaviləm var.

- Niyə belə söz-söhbətlər çıxır?
- Yazılanlar mənə təsir edə bilməz. Azərbaycan mətbuatında da çıxmışdı Buqatti məsələsi. Sizin hamınız hüququdur, istədiklərinizi yazasaz. Bu cür şeyləri şərh etmədən keçirəm.

- Belə məlumat var ki, "hara getsəm, Emin Mahmudovu özümlə aparacam" demisiz. Bu, doğrudur?

- Mən bu cür deməmişəm. Eminin də sahibi deyiləm, "Neftçi"nin oyunçusudur. O da özü-özünün sahibidir. Bəli, onu bəyənirəm futbolçu kimi. Bu cür söz deyə bilmərəm. Siz yaxşı bilirsiz ki, transferlər media yolu ilə olmur.

Digər Xəbərlər
Xəbər Lenti