COP29

"Neftçi"yə xəbər verdi - Səudiyyə Ərəbistanı klubu məni istəyir

16 Dekabr 2022 10:40 Neftçi 1 552
"Neftçi"yə xəbər verdi - Səudiyyə Ərəbistanı klubu məni istəyir

«Neftçi»nin baş məşqçisi Lorentsiu Regekamfp yenidən Səudiyyə Ərəbistanına qayıda bilər.

Rumıniyalı bu ölkədən ona təklif gəlməsi barədə bakılı rəsmiləri məlumatlandırıb.

Bu ilin iyunundan Azərbaycanda işləyən mütəxəssis Ərəbistan yarımadasına yollanmaq ehtimalınının kifayət qədər real olduğunu bildirib.

Məsələyə dekabrın son ongünlüyündə aydınlıq gələcək. Komanda ayın 20-də ölkə kubokunun ¼ final mərhələsinin cavab görüşləri çərçivəsində «Zirə» ilə üz-üzə gələcək.

ilk oyunda 0:1 hesabıyla uduzan «ağ-qaralar» istədiyi hesabla revanş götürüb yarımfinala vəsiqə qazanmasa, böyük ehtimalla, yeni Müşahidə Şurası şərqi avropalı çalışdırıcıyla müqavilənin pozulmasına dair qərar çıxaracaq.

Hər halda Regekamfpa həmin vacta kimi möhlət verilib.

Düzdür, Rumıniya mətbuatı «Styaua» və “Universitatya Krayova” kimi yerli klubların onunla yaxından təmas qurmasını yazır, ancaq son gəlişmələr göstərir ki, 47 yaşlı sükançı daha çox pul qazanmaq həvəsindədir və bu üzdən ərəblərin təklifini qəbul etməyə maraqlıdır.

Rege ərəb dünyasına tanış simadır. 2014-cü ildə Səudiyyə Ərəbistanına yollanıb, bir mövsüm «Əl-Hilal»da fəaliyyət göstərib.

2017-ci ildə bu dəfə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanıb, «Əl-Vanda»nın sükanı arxasına keçib. 1 il sonra BƏƏ-də «Əl-Vasi» ilə anlaşıb.

İki il burada işini davam etdirib və 2021-ci ildə təkrar Səudiyyə Ərəbistanına dönüb, 6 ay «Əl-Əhli»ni çalışdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 17:00 VAR, yoxsa YOX?
21 Noyabr 08:20 Cavid öz yerini tapdı