Lorentsiu Regekamfpın işindən narazı olan «Neftçi» rəhbərliyi hazırda bir neçə mütəxəssislə danışıqlar aparır.
Paytaxt təmsilçisinin gündəmində olan məşqçilərin hamısı əcnəbidir.
İyunda rumıniyalı çalışdırıcı ilə 2 illik müqavilə bağlayan «ağ-qaralar» onun «Styaua» ilə təmasa keçməsindən xəbər tutandan sonra ümumiyyətlə, baş məşqçi axtarışını sürətləndirib.
SOCAR mənsubları baş sponsoru olduğu kluba xarici sükançının gətirilməsinə tərəfdardır.
Namizədliyi gözdən keçirilən mütəxəssislərdən hansı birinin Azərbaycana dəvət olunması komandanın qış fasiləsinədək əldə edəcəyi nəticələrdən də asılıdır. Yönətim Premyer Liqada ikinci pilləni «Sabah»dan geri almağı qarşıya tələb qoyub.
SPORTİNFO.AZ