Yaxın vaxtlarda «Neftçi»nin sponsorlarının sırası daha da genişlənə bilər.
Bu haqda paytaxt təmsilçisindən Sportinfo.az-a maraqlı məlumat daxil olub.
Redaksiyamıza verilən informasiyaya görə, hazırda bu istiqamətdə fəal iş gedir. Axtarışda SOCAR da yaxından iştirak edir. Neft şirkəti klubun əsas himayədarı olsa da, başqa sponsorlar tapmaqla bura əlavə maliyyə cəlb etməkdə maraqlıdır.
Bu proses dekabrın ikinci yarısınadək tamamlanmalıdır. Onadək anlaşma baş tutsa,
yeni maddi mənbədən əldə olunacaq vəsait əsasən transfer əməliyyatlarına xərclənəcək. Planda kifayət qədər səviyyəli və təbii ki, qiyməti yüksək iki-üç legionerin alınması öncəlik təşkil edir. Elə bu? Yox! Bakılılar daha bir neçə əcnəbi futbolçunu Azərbaycana gətirməkdə qərarlıdır, sadəcə, qiymət məsələsində hamısı eyni tutulmayacaq.