“Neftçi”nin işləri qaydasında getmir.
İlyarım əvvəl çempionluğu bayram edən, ötən mövsüm gümüş medallara sahib olan komanda 13 turdan sonra 26 xal toplamaqla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Başında əcnəbi mütəxəssis Laurentsiu Regekampfın dayandığı kollektiv lider “Qarabağ”dan 10, 2-ci sıradakı “Sabah”dan 8 xal geridədir. Bakılılar bu gedişlə çempionluq bir tərəfə, gümüş medallara sahiblənə bilməyəcək.
İndi diqqətlər Regekampfa yönəlib. “Neftçi”ni yeni zirvəyə qaldıra bilməyən, sentyabrda vətənində həyat yoldaşını döyməklə gündəmə gələn və adı daim qalmaqallarda hallanan baş məşqçinin yola salınması söhbət mövzusudur.
Qısa zamanda nəticələr düzəlməsə, ya Laurentsiu yola salınacaq, ya da klub rəhbərliyi.
Rumına qapını göstərmək çətin məsələdir. Yayda klubla müqavilə bağlayanda rəsmi sənədə xüsusi bənd saldırıb. Müqaviləyə birtərəfli qaydada xitam verilərsə, “Neftçi” Regekampfa 150 min dollar təzminat ödəyəcək.
Eyni məbləğ baş məşqçi üçün də keçərlidir. Laurentsiu Azərbaycanda qalmaq istəmədiyini bildirsə, “Neftçi”yə 150 min dollar verməlidir. Lakin bu, heç bir halda inandırıcı görünmür.
Odur ki, komandanın hazırkı vəziyyəti 150 min dolların itkisinə doğru aparır.
HƏBİB / SPORTİNFO.AZ