Türkiyə, Belçika və Polşa klubları «Neftçi»nin legioneri Yusuf Lavala elçi düşüb.
Onların nümayəndələri menecerlər vasitəsilə nigeriyalı yarımmüdafiəçinin şərtləri ilə maraqlanıblar.
Məlum olub ki, afrikalı vinger 300 min dollar qarşılığında Azərbaycanı tərk etməyə hazırdır.
Azərbaycanda üçüncü mövsümünü keçirən Lavalın kontraktı üzümüzə gələn yay başa çatacaq.
Sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər. Əlbəttə, hər iki tərəfin razılığı olarsa. Bakılılar artıq ona yeni müqavilə təklif eləyib.
Fəqət, 24 yaşlı legioner hələlik bu izdivac sürəcinin artırılmasına müsbət yanaşmır. V
ingeri «ağ-qaralar»ın əvvəlki ilə müqayisədə daha yüksək şərtlərlə onu burada saxlamaq cəhdləri də fikrindən döndərməyib. Laval daha güclü klublardan birinə keçmək istədiyini açıq ifadə edib.
İlk klubu "Lions” (Nigeriya) olan Yusuf 2017 - 2020-ci illər ərzində Belçikada "Lokeren”in heyətində 22 oyun keçirib. Onun Azərbaycanda aylıq qazancı 8000-9000 dollar civarındadır.
SPORTİNFO.AZ