COP29

“Neftçi” rəhbərliyi gəldi, Regekampf xanımını qucaqladı, öpüş səhnəsi... MARAQLI GÖRÜNTÜLƏR

29 Sentyabr 2022 20:00 Neftçi 1 387
“Neftçi” rəhbərliyi gəldi, Regekampf xanımını qucaqladı, öpüş səhnəsi... MARAQLI GÖRÜNTÜLƏR

“Qarabağ”la oyun ərəfəsində “Neftçi”nin rumıniyalı baş məşqçisi Laurentsiu Regekampfın vətənində törətdiyi hadisə Rumıniya və Azərbaycan mediasında gündəm oldu.

Hələ də rəsmi nigahda olduğu, lakin 2 ildən artıqdır birlikdə yaşamadığı həyat yoldaşı Ana Mariya Prodanı evinin qarşısında döyən, söyən və buna görə polis bölməsinə dəvət olunaraq haqqında cinayət işi açılan Regekampf sonradan Bakıya qayıtdı.

Əsas sual təcrübəli çalışdırıcının hansı əsasla “Səbail”lə oyundan sonra Rumıniyaya yollanıb 8 gün orada qalmasıydı.

Sən demə, Buxarestə səfər etməsində səbəb xanımını döymək yox, hazırda münasibətdə olduğu Korina Kaçukun dünyaya gətirdiyi oğlunu xaç suyuna salmaq mərasimini təşkil etmək imiş.

Sentyabrın 25-də Liam adlı körpənin Buxarestdəki restoranların birində baş tutan xoş günündə rumıniyalı çalışdırıcının qohumları və yaxınları ilə yanaşı, “Neftçi”nin prezidenti Kamran Quliyev, idman direktoru Zaur Əzizov, eləcə də Regekampfı Azərbaycana gətirən agent Leonid İstrati də iştirak edib.

Məclis kifayət qədər maraqlı alınıb ki, rəqs, öpüş səhnələri və digər xoş görüntülər kameraların obyektivindən yayınmayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 23:20 AFFA-nın "gizli hesabatı"
22 Dekabr 20:00 Çək və bizə göndər!