COP29

Regekampf "Neftçi"ni Rumıniya millisinə dəyişəcəkmi? – QALMAQALLI VİDEO

27 Sentyabr 2022 10:40 Neftçi 1 538
Regekampf "Neftçi"ni Rumıniya millisinə dəyişəcəkmi? – QALMAQALLI VİDEO

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf haqda yeni iddia ortaya atılıb.

"Prosport.ro" onun Rumıniya millisinə rəhbərlik edə biləcəyini yazıb.

Bildirilib ki, 47 yaşlı mütəxəssis Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanunun namizədləri siyahısındadır.

Yığmanın hazırkı çalışdırıcısı Edvard İordanesku istefaya göndərilsə, komanda 5 mütəxəssisdən birinə tapşırılacaq.

Regekampfdan başqa, digər namizədlər George Haci, Viktor Pitsurka, Kosmin Oleroyu və Dan Petreskudur.

Mövsümün əvvəlində "Neftçi" ilə müqavilə imzalayan Laurentsiu Regekampfın müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Rumıniya UEFA Millətlər Liqasının son turunda Bosniya və Herseqovinanı 4:1 hesabı ilə məğlub etsə də, qrupda sonuncu yeri tutaraq B liqasına düşüb.

Regekampf namizədlər arasında şansı ən az olandır. Əvvəla, "Neftçi" rəhbərliyinin iyunda işbirliyinə başladığı şərqi avropalı ilə belə tezliklə vidalaşmaq fikri yoxdur.

O, avrokuboklarda uğursuz olsa və azarkeşlərin nəzərində klubun prezidenti Kamran Quliyevin başını aşağı eləsə də, Premyer Liqada işlər pis getmir. 7 tura 18 xal toplayan "ağ"qaralar" "Qarabağ"la birgə 1-2-ci yerləri bölüşdürür.

Onun qarşısına çempionluq və avrokuboklarda yaxşı çıxış etmək tapşırığı qoyulub.

Yayda digər namizədlərdən heç biri ilə anlaşa bilmədikləri üçün Regekampfın üzərində dayanmaq məcburiyyətində qalan bakılılar indi qətiyyən narahat deyil, bilirlər ki, baş məşqçiləri heç bir halda buradan çıxıb gedən deyil.

Adıçəkilən çalışdırıcının Rumıniya yığmasında fəaliyyət göstərməsini bu ölkənin özündə də arzulayan çox azdır. Səbəb Regekampfın qalmaqallı persona olmasıdır.

Şəxsi həyatında yaşadığı problemlər 47 yaşlı mütəxəssisin reytinqini xeyli aşağı salıb.

Xüsusən bugünlərdə keçmiş həyat yoldaşı Anamariya Prodanın yaşadığı evə hücum çəkməsi, onu döyüb-söyməsi, ölümlə hədələməsi və polisə düşməsi Rumıniyada böyük rezonans doğurub.

İçkili halda bu olayı törədən məşqçi 5 saat polis idarəsində qalıb, haqqında cinayət işi açılıb və cərimələnib

. Bu xoşagəlməz hadisələrin fonunda Regekampfın isminin gah "Styaua", gah da yerli yığmayla yanaşı çəkilməsi, belə demək mümkünsə, səbəbkar olduğu qalmaqalları bir qədər arxa plana keçirmək və unutdurmaq məqsədinə daha çox oxşayır.

SPORTİNFO.AZ

Qalmaqallı videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 17:00 VAR, yoxsa YOX?