COP29

“Nyukasl“ın canlı əfsanəsi “Neftçi”ni çalışdırmaq üçün bu ŞƏRTLƏRİ İRƏLİ SÜRDÜ

23 May 2022 14:00 Neftçi 4 419
“Nyukasl“ın canlı əfsanəsi “Neftçi”ni çalışdırmaq üçün bu ŞƏRTLƏRİ İRƏLİ SÜRDÜ

“Neftçi”nin Temur Ketsbaya ilə danışıqlar aparmasını xəbər vermişdik.

Gürcü çalışdırıcı hazırda “Anortosis Famaqusta”da işləyir. O, 2019-cu ildən Kipr klubunun sükan arxasındadır.

Ketsbaya ilə görüşmələr haqda gələn xəbərlər heç də bakılı azarkeşləri sevindirməyəcək. Samir Abasovla müqavilənin uzadılmasını istəməyən fanatların

“Nyukasl“ın canlı əfsanəsi ni sevimli komandalarının sükanı arxasında görməsi maliyyə məsələlərindən asılıdır. Bu isə çox müşkül işə oxşayır.

Çünki Ketsbaya Azərbaycanagəlməsi üçün klubun büdcəsinin minimum 20 milyon manata qaldırılmasını tələb edib.

O, mövcud imkanlarla “Qarabağ“la çempionluq uğrunda mübarizə apara biləcək komanda yaratmağın, avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmağın qeyri-mümkün olduğunu bildirib.

Üstəlik, uzunmüddətli müqavilə və illik 350 min avrodan başlayan əməkhaqqı şərti irəli sürüb.

Tbilisi “Dinamo”sunun yetirməsinin futbolçu karyerası kifayət qədər zəngindir. 1992-ci ildə buradan ayrılan hücumçu legioner həyatına elə “Anortosis”də başlayıb (1992–1994).

Daha sonra Yunanıstanda AEK, İngiltərədə “Nyukasl” və “Vulverhempton”, Şotlandiyada “Dunde”nin formasını geyinib. 2002-ci ildə yenidən “Anortosis”ə dönən Ketsbaya 5 il “ağ-göylər”in şərəfini qoruyub və karyerasını da elə burada başa vurub.

Məşqçi işinə “Anortosis”də başlayan gürcüstanlı 2009-cu ilədək görəvdə qalıb.

“Olimpiakos”un təklifini qəbul edən Ketsbaya növbəti illərdə APOEL, AEK, “Orenburq”un uğurları üçün çalışıb. 2009-2014-cü illərdə Gürcüstan yığmasının ona tapşırıldığını da xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 17:00 VAR, yoxsa YOX?
21 Noyabr 08:20 Cavid öz yerini tapdı