COP29

“Neftçi” rəhbərliyi bu sahəyə ayrılan büdcəni də xeyli azaltdı

2 Avqust 10:40 Neftçi 2 114
“Neftçi” rəhbərliyi bu sahəyə ayrılan büdcəni də xeyli azaltdı

“Neftçi TV”nin yayım vaxtında dəyişiklik edilib.

Dünəndən etibarən yayıma 12:00-da deyil, 17:00-da başlanılıb.

İndən belə hər gün saat 17:00-dan 23:00-dək “Neftçi TV”ni izləmək mümkündür.

Bu, irəliyə doğru atılan addım.deyil. İlyarım öncə kabel televiziyasına çevrilmək üçün Audivizual Şuradan lisenziya alan “yutub“ kanalı özünün ən çətin dönəmini yaşayır.

İyundan başlayan ixtisar dalğası artıq “Neftçi TV”ni də “vurub“. Kanala ayrılan büdcə xeylit azaldığından, burada çalışan əməkdaşların bir qismi iş yerini itirib.

“Neftçi TV” 2020-ci ildə fəaliyyətə başlayıb. Onun yaradılması ideyası klubun mətbuat xidmətinin sabiq rəhbəri Rüstəm Allahverdiyevə məxsusdur.

Bu ideyanı isə Zaur Qəhrəmanov – Müşahidə Şurasının ovaxtkı üzvü gerçəkləşdirib. O zaman SOCAR-ın Türkiyə bürosuna başçılıq edən Qəhrəmanov son 1 ilə kimi kanala maliyyə dəstəyi verib.

Vəzifədən gedişi ”Neftçi” ilə əlaqələrini zəiflədincə, Zaur bəy tədricən kənara çəkilib.

Axır günlərə qədər ümumiyyətlə, kanalın tamamilə bağlanması gündəmdə idi. Məsələ dəfələrlə Müşahidə Şurasının müzakirəsinə çıxarılıb.

Şura üzvləri azarkeşlərin narazılığını, habelə klubun ictimaiyyətdə reytinqinin daha da azalacağını göz önünə gətirərək, hələlik “Neftçi TV”ni qapatmaq planını təxirə salıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti