COP29

"Neftçi" Qriqorçuka qəfəs kimi gəlir – Səlahiyyəti yox, rahatlığı yox…

19 Avqust 14:00 Neftçi 2 704
"Neftçi" Qriqorçuka qəfəs kimi gəlir – Səlahiyyəti yox, rahatlığı yox…

Yeni mövsümün startından üç həftə keçib. «Neftçi» hələ də qələbəyə həsrətdir.

Aktivində cəmi 1 xal olan «Neftçi»dən belə zəif başlanğıcı qətiyyən gözləmirdim, nə gizlədim.

Çün onun baş məşqçisi Roman Qriqorçukdur.

Texniki zonada dayanan Qriqorçuk sanki «Qəbələ»dən bizə kifayət qədər yaxşı tanış olan biri deyil. Komandanı özünküləşdirmədiyini müşahidə etməkdəyik.

O, burada təkdir. Dəstəklə əhatə olunmasını heç nəylə göstərmir.

Bir çox şeydən narazıdır. Klubda biriləri ilə yola getmir.

Azarkeşlərlə münasibətlərində gərginlik yaranıb. Çıxıb getmək istəyir. Əli işə isinməyib,

Ukraynaya dönməyitn xəyalı ilə yaşayır. Düşərgədaxili proseslərdən məmnun biri qətiyyən bu düşüncələrlə ayaqlarını arxasınca çəkməz.

Oysa ayaqlarını gövdəsinin arxasınca sürüyür. Beyni min bir fikirlə doludur. Diqqəti yayqındır.

Axır vaxtlar, xüsusən «Sabah»la dünənki oyundan sonra sosial şəbəkələrdə tez-tez bu sualı eşidirəm – «Neftçi» niyə miskin görünür, heç cür toparlana bilmir?

Mənim bu tip bir yığın suala bir cavabım var, onu da qoy burada yazım - Qriqorçukun özü ideal formadan uzaqdır.

«Neftçi» o vaxt düzələcək ki, nə zaman baş məşqçinin özü qarışıq fikirlərdən azad olacaq, ağlını, biliyini dilləndirəcək.

Bu, hazırda imkansız kimi gəlir mənə. Böyüklərin tərtib etdiyi transfer siyahısı əsasında yeni oyunçular seçən Qriqorçukun bundan rahatsız olmasını mütləq qeyd etməliyəm.

O, belə, çərçivə daxilində çalışmağa alışmayıb.

Həmişə sərbəst işləyib deyə, «Neftçi» ona qəfəs kimi gəlir. İstər-istəməz bu da baş məşqçini sıxır, pessimizmini artırır.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…