COP29

"Neftçi"də hansı futbolçu bu vəziyyətlə üzləşərsə… Qriqorçuk son sözünü dedi

15 Avqust 2024 13:00 Neftçi 3 566
"Neftçi"də hansı futbolçu bu vəziyyətlə üzləşərsə… Qriqorçuk son sözünü dedi

«Neftçi»nin baş məşqçisi Roman Qriqorçuk futbolçulara dair öz mövqeyini ortaya qoyub.

İyunda sükan arxasına keçən mütəxəssis azarkeşlərə münasibətdə klub funksionerləri ilə fikir ayrılığı içindədir.

Ukraynalı rəsmilərin fanatlara görə oyunçularına yanaşmasının əleyhinədir. Erkin Koffinin iştirakçısı olduğu məlum hadisədən sonra öz etirazını nümayiş etdirib.

Qriqorçuk hesab edir ki, rəhbərlik tərəfdarın rəyi və tələbi ilə oturub-durmamalıdır, belə olarsa, o, komandasının üzvlərinin cəzalandırılmasına və ya düşərgədən göndərilməsinə qarşı çıxacaq.

«Baş məşqçi mənəmsə, nəticələrə görə məsuliyyət daşıyırımsa, komandaya aid bütün məsələlər və qərarlar mənə aid olmalıdır» - onun yanaşması bundan ibarətdir.

Səlahət Ağayevin üzləşdiyi hadisə təcrübəli məşqçini təəccübləndirib. Ötən ay «Səbail»dən geri qayıdan və 2 illik müqaviləyə imza atan qapıçının buradan ayrılması Qriqorçuku şoka salıb.

Hələ də inana bilmir ki, idarəçilər onu azarkeşlərin tələbi ilə necə yola salıb.

«Sabah»ın formasını geyindiyi vaxt «Neftçi»lilərin olduğu tribunaya tərəf qeyri-etik jest edən kiperin bağışlanmalı olduğunu düşünən ukraynalıya görə, həmin hadisə çoxdan geridə qalıb və unudulmalı idi.

Roman Qriqorçuk tezliklə Azərbaycandan ayrıla bilər. Saytımız bu barədə klubdan məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, baş məşqçi buradan gedəcəyi ilə bağlı rəsmilərə mesaj verib.

«Ağ-qaralar»la 2 illik kontrakt bağlamış ukraynalı klub ətrafında cərəyan eləyən proses və hadisələrdən şoka düşüb.

Vaxtilə «Qəbələ»də işləmiş Qriqorçuk bildirib ki, o, artıq rahatlığını itirib və vəziyyətin düzələcəyinə inamı azalmağa başlayıb.

Qəti şəkildə söyləyib ki, fanatlar komandaya təzyiqi dayandırmasa, müqaviləni birtərəfli qaydada pozacaq və ölkəsinə qayıdacaq.

Bu şərtin arxasında azarkeşlərə qəzəb dayanır. Premyer Liqanın ikinci turu çərçivəsində «Səbail»lə keçirilən matçdan (1:1) sonra baş verən hadisə ukraynalı mütəxəssisin ciddi narazılığına səbəb olub.

Belə ki, fanatların Emin Mahmudovun əvəzlənməsini tələb etməsi, Ervin Koffinin təhqir olunması çalışdırıcını özündən çıxarıb.

O, bu məqsədlə klub rəsmiləri ilə ayaqüstü toplantı keçirib.

Qriqorçuk fanatlarla bağlı tədbir görülməsini tələb edib. Bildirib ki, komandanın əleyhinə kampaniya aparılır.

Həmin görüşdə iştirak eləyən funksionerlərdən biri isə «Müşahidə Şurasından bizə deyilib ki, azarkeşlərlə heç kimi nişi olmasın, onlara nəsə deməsin» söyləyib.

Aldığı cavab Qriqorçuku təəccübləndirib. Çalışdırıcının reaksiyası kəskin olub:

«Bu klubun neçə rəhbəri var? Məni onlarla görüşdürün, sözümü deyim. Belə klub idarə olunmaz».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti