
"Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərovun "Buraspor"a keçidi ilə bağlı problem həllini tapıb.
Sportinfo.az xəbər verir ki, bu barədə yerli "bursahakimiyet.com.tr" saytı yeni məlumat yayıb.
Həmkarlarımızın yazdığna görə, 26 yaşlı vinger üçün tələb olunan 50000 avro təzminat artıq Bakı klubunun hesabına köçürülüb.
İddiaya görə, I liqa təmsilçisi Ələskərovu Bursaya dəvət edib və onun üçün təyyarə bileti göndərib.
Ələsgərov 2017-ci ildən "Neftçi"də çıxış edir. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub.
Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.