“Neftçi”dən NÖVBƏTİ TRANSFER xəbəri – Bu gecə... SON DƏQİQƏ

10 Fevral 13:00 Neftçi 3 234
“Neftçi”dən NÖVBƏTİ TRANSFER xəbəri – Bu gecə... SON DƏQİQƏ

«Neftçi»nin qış fasiləsində üçüncü transfer əməliyyatını həyata keçirib-keçirməyəcəyi bu gün bəlli olacaq.

Gecə saatlarınadək gözləmək lazımdır ki, aparılan danışıqlar hansı nəticəni verəcək.

Hər şey ola bilər - elə də, belə də.

Elvin Camalov və Bassala Sambunu sıralarına qatmış bakılılar indi yalnız 1 nəfərlə görüşür. O da əcnəbidir və hücum xəttində çıxış edir.

Düşərgədən redaksiyamıza verilən məlumata görə, legionerin özü karyerasını Azərbaycanda davam etdirməyə razıdır.

Problem klubu ilə bağlıdır. Qarşı tərəf təzminat mövzusunda güzəştə getsə, bu keçid baş tutacaq, əks halda isə…

«Ağ-qaralar» yayadək səbrini basacaq.

Transferin axşam saatlarınadək reallaşması mümkündür, amma ehtimal o qədər də yüksək deyil.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 20:20 Razılaşdılar - VİDEO