COP29

“Neftçi” buranı futbolçuların ixtiyarına verdi - VİDEO

2 Avqust 08:50 Neftçi 1 104
“Neftçi” buranı futbolçuların ixtiyarına verdi - VİDEO

“Neftçi” Futbol Mərkəzinin yeni təmir olunmuş binası oyunçuların ixtiyarına verilib.

Sportinfo.az xəbər verir ki, təlim-məşq bazasının açılışında iştirak edən “Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer ən xoş arzularını çatdıraraq, "ağ-qaralar"a yeni mövsümdə uğurlar arzulayıb.

İdman qurğusunda komandanın fiziki hazırlığı üçün müasir avadanlıqlarla təchiz olunmuş trenajor zalı diqqət çəkir.

Komanda üzvlərinin asudə vaxtlarının daha əyləncəli keçirməsi üçün yaradılan istirahət otağı isə göz oxşayır. İdman bazasının yeni təmirdən çıxan yeməkxana, paltardəyişmə və digər otaqları xüsusilə nəzərə çarpır.

"Neftçi" yeni baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Azərbaycan Premyer Liqasının I turunda "Turan Tovuz"la qarşılaşacaq.

"Neftçi Arena"dakı matç avqustun 3-də, saat 18:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti