COP29

“O, “Neftçi”dəki vəziyyətindən razı deyil“ – YENİ İDDİA

15 İyul 01:10 Neftçi 4 181
“O, “Neftçi”dəki vəziyyətindən razı deyil“ – YENİ İDDİA

Ötən ilin yayında Azərbaycana gələn Lukas Melano “Neftçi”də qalmayacaq.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı forvard karyerasını İndozeyiada davam etdirməyə yaxındır.

Bu barədə “Punto Cruzado” portalı belə məlumat yayıb:

“Hazırda həm Çili, həm də, demək olar ki, bütün dünya futbol bazarı transferlərə açıqdır. Belədə həmişə olduğu kimi, transfer bazarında “Universidad Katolika”nın bir çox keçmiş oyunçusu iştirak edir.

Lukas xoşagəlməz addım atıb. Belə ki, o, 2022-ci ilin yanvarında “Sentral Kordoba” ilə əlaqələri kəsərək “Universidad Katolika”ya üz tutub.

Bir mövsümlük müqavilə imzalamağına rəğmən, Lukasın Ekvadorun elita təmsilçisində da qalması cəmi altı ay çəkdi. Bunun səbəbi isə futbolçunun komandada yaşadığı problemlər, oyun performansı və s. idi.

Milli çempionat üçün beş və Libertadores Kuboku üçün üç matç keçirdikdən sonra, cəmi 180 dəqiqəlik forma şansından sonra Melano iyunda “Universidad Katolika”nı tərk etdi.

Onun özünə yeni klub tapması isə yalnız avqustun sonunda reallaşdı. Argentinalı hücumçu həmin vaxt “Nyuells Old Boyz”la müqavilə imzaladı. Melanonun buradakı karyerası da uzunömürlü olmadı.

Futbolçu hətta onun debüt etməsinə mane olduqlarına görə klub rəhbərliyi ilə yaşanan gərgin mübahisələrin ardından buranı da tərk etdi.

Daha sonra 2023-cü ilin yanvarında Argentinanın “Sarmiento”su ilə yeni sözləşmə imzalayaraq ölkəsinə döndü. Lakin futbolçu burda da istədiyi oyun dəqiqələrini ala bilmədiyinə görə müqaviləsini tamamlamadan sentyabrda komandayla yollarını ayırdı.

Nəhayət, əşyalarını yığıb Azərbaycana - “Neftçi”yə yollandı. Melanonun “Neftçi” ilə əlaqəsi başqalarından fərqlənirdi və o, gözlənilmədən 12 oyun keçirərək, qol vurmadan, məhsuldar ötürmələrlə müqaviləsinin bütün şərtlərini yerinə yetirdi.

Fəqət 2024-cü ildə həmişə adı protokola salındığı halda, 18 matçda cəmi 7 dəqiqə meydanda olan Lukas daha çox oyun vaxtı ala bilmədiyinə görə Bakıdakı karyerasından da razı deyil.

Son günlərdə isə hər şey onu göstərir ki, keçmiş “Universidad Katolika” məzunu karyerasını Asiyada, daha doğrusu, İndoneziyada davam etdirmək yolundadır.

Hər şey qaydasına düşsə, komandanın əsas heyət üzvlərindən biri olacaq.

İndoneziyanın transfer portalının məlumatına görə, Lukas ötən mövsümü yaxşı keçirməyən, 18 komanda arasında 14-cü yeri tutan “Persita Tangeranq”ı gücləndirmək üçün seçimdir.

Transfer tamamlanarsa, bu, Melanonun karyerasındakı 12-ci komanda olacaq.

O, indiyə qədər Argentinanın “Sarimento Junin” (2022), “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-21), “Estudiantes” (2017-18), “Lanus” (2013-15), “Belqrano” (2011-13, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-19) klublarında çıxış edib.

2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub".

Digər Xəbərlər
Xəbər Lenti