“Neftçi” braziliyalı hücumçusu Andre Şinyaşiki ilə yolları ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2023-cü ilin avqustunda transfer olunmuş A.Şinyaşiki “Neftçi”nin heyətində 38 rəsmi oyun keçirib, 5 qol vurub.