Oktyabrda «Neftçi»yə qayıdan Samir Abasovun qış planları tədricən məlum olmaqdadır.
«Ağ-qaralar»la 2 illik müqavilə imzalamış mütəxəssis yeni ilin əvvəlində minimum 3 transfer əməliyyatı həyata keçirməyi nəzərdə tutub.
Funksionerlərlə komandanın ümumi durumu ətrafında fikir mübadiləsi aparan çalışdırıcı bildirib ki, heyətin gücləndirilməsi mütləqdir.
O, müdafiə mərkəzinə, həmçinin dayaq yarımmüdafiəsi və hücum zonasına yeni oyunçuların alınması zəruridir.
Abbasov sərəncamındakı «ansamb»la qarşıya qoyulan məqsədə çatmağın çox çətin olmasını da etiraf edib. Demək olar bütün oyunçuların fiziki cəhətdən axsadığını diqqətə çatdırıb.
SPORTİNFO.AZ