“Neftçi”yə transfer olunmaq üçün görün, neyləyib -  Bunu hər oyunçu eləmir!

9 Fevral 18:10 Neftçi 4 327
“Neftçi”yə transfer olunmaq üçün görün, neyləyib -  Bunu hər oyunçu eləmir!

Xəbər verdiyimiz kimi, “Neftçi” dünən növbəti transferini həyata keçirib.

İngiltərəli hücumçu Bassala Sambu ilə 1,5 illik müqavilə bağlanıb.

9 nömrəli formanı geyinəcək 27 yaşlı legionerin keçidi bakılılara asan başa gəlməyib. “Enosis Neon Paralimni” Seneqal əsilli oyunçunun Azərbaycana gəlməsinin qarşısını bir çox üsulla almağa çalışıb.

Cənubi Kipr klubunun rəsmiləri onu günlərlə dilə tutub, əvvəlkindən daha yaxşı şərtlərlə yeni müqavilə təklif edib.

Sambunun yumşalmadığını görən yerli funksionerlər daha sonra onunla hədə-qorxu dilində danışıb, təzyiq göstərməyə başlayıblar.

Britaniyalı yenə fikrindən dönməyib, gecə ilə əşyalarını toplayaraq, hava limanına üz tutub. Onun sorağını Bakıdan alan kiprlilər sənəd məsələsində prosesi uzadıb.

Paytaxtımıza bir neçə gün öncə gələn Sambunun transferinin yalnız dünən açıqlanması sırf bu səbəblə əlaqədardır.

Karyerasına İngiltərədə başlayan Sambu “Koventri”nin yetirməsidir. 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub.

Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb.

Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025 mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti