COP29

“Neftçi” hücumçunu əvəzedici göndərdi, masaya oturdu

16 Avqust 14:40 Neftçi 5 284
“Neftçi” hücumçunu əvəzedici göndərdi, masaya oturdu

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Lukas Melanonu əsas komandadan uzaqlaşdırıb.

Ukraynalı mütəxəssisin təlimatına əsasən, argentinalı hücumçu əvəzerdici heyətə göndərilib.

Cənubi amerikalı legioner “dubl”da meydana çıxmır, sadəcə, gündəlik məşqlərə çıxmaqla kifayətlənir.

Lionel Messinin həmyerlisi hər an Azərbaycanı tərk edə bilər. İdarəçilər bunun üçün dayanmadan səy göstərir.

Melano 2023-cü ilin yayında «ağ-qaralar»la 1+1 illik müqavilə imzalayıb.

Ötən mövsüm 12 oyunda forma geyinən və qol hesabını aça bilməyən forvard yeni baş məşqçi Roman Qriqorçukun ağından da keçmir.

Ukraynalı çalışdırıcı argentinalının xidmətində maraqlı olmadığını ilk gündən bildirib.

Klub rəhbərliyi Lionel Messinin həmyerlisinə öz təklifini verib, o isə 3-4 aylıq maaş miqdarında təzminat ödənilməsinə razılaşmır. Hətta əvəzedici heyətə göndəriləcəyi halda, buradan çıxıb getməyəcəyini deyib.

Bakılılar ona görə Argentina təmsilçisi “Sarmiento”ya transfer müqabilində təzminat ödəyib.

Buenos-Ayres komandası 31 yaşlı hücumçu ilə sözləşməyə xitam verməyin qarşılığında 50 min dollar qazanc əldə edib.

Sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.

2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 millisinin heyətində 3 oyun keçirib, 1 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…