“Neftçi”nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasının birinci mərhələsi çərçivəsində qarşılaşacağı Avstriyadan “Sankt-Pölten” ilə matçın hazırlığını davam etdirir.
Sportinfo.az xəbər verir ki, baş məşqçisi Siyasət Əsgərov olan “ağ-qaralar” heyətini 10 futbolçu ilə gücləndirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Həmin transferlər adları aşağıda qeyd olunan futbolçulardır:
Qapıçı: Aytac Şərifova (sonuncu klubu “Trabzonspor” Türkiyə).
Müdafiəçilər: Alina Nəhmədova (“Sumqayıt”), Fidan Cəfərova (“Baku Juniors”), Sevgi Sevin Ergen (“Trabzonspor” Türkiyə), Güzide Alçu (“Amedspor” Türkiyə).
Yarımmüdafiəçilər: Eda Nur Özbay (“Bornova Hitab Spor” Türkiyə), Meryem Küçükbirinci (“Trabzonspor” Türkiyə), Şehriban Dülek (“Amedspor” Türkiyə), Vüsalə Seyfəddinova (“Olimpiada İmittou” Yunanıstan).
Hücumçu: Xanım Əsədova (“Sabah”).
Sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq oyun saat 18:00-da başlanacaq.