COP29

“Neftçi” əməkdaşlarının yeməyini Qriqorçukun sözüylə kəsib? - FOTO

5 İyul 09:40 Neftçi 3 405
“Neftçi” əməkdaşlarının yeməyini Qriqorçukun sözüylə kəsib? - FOTO

“Neftçi” əməkdaşlarını yeməklə təmin etməyi dayandıracaq.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yayılan məlumata görə, bununla bağlı artıq klub çalışanlarına bildiriş də göndərilib. Bildirişdə işçilərin 8 iyul tarixindən yeməklə təmin edilməyəcəyi qeyd edilib.

Klubun bu addımı sosial şəbəkələrdə, xüsusən də azarkeş qruplarında birmənalı qarşılanmayıb.

Görəsən, bunun səbəbi nədir? Bizə məlum olana görə, bu, Roman Qriqorçukun qərarıdır.

Yeni baş məşqçi bazanın şəraiti ilə yaxından tanış olandan sonra klubun əməkdaşları ilə futbolçular arasında ünsiyyətin minimuma endirilməsini məqsədəuyğun sayıb.

Ukraynalı çalışdırıcı yemək saatının üst-üstə düşməsinin komandaya narahatlıq verəcəyi qənaətinə gəlib və bu barədə fikrini rəhbərliyə bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq