"Neftçi" Premyer Liqanın 15-ci turunda qarşılaşacağı “Qarabağ”la matçın hazırlığı yekunlaşdırııb.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində Azərbaycan derbisindən əvvəl son məşqini reallaşdırıb.
Zədəli Emin Mahmudov məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışmaqla kifayətlənib.
Hər iki futbolçu “Qarabağ”la oyunu buraxacaq. Ayağında ağrıları olan Dembo Darbonun oynaması isə sual altındadır.
"Neftçi" - "Qarabağ" qarşılaşması bu gün saat 19:00-da start götürəcək.