COP29

Rəqibləri qıcıqlandıran, azarkeşləri qızışdıran şəxs “Neftçi”dən getdi

2 İyul 16:40 Neftçi 4 379
Rəqibləri qıcıqlandıran, azarkeşləri qızışdıran şəxs “Neftçi”dən getdi

“Neftçi”də növbəti ayrılıq reallaşıb.

Klubun kommunikasiya üzrə direktoru Aysu İbrahimli öz xoşu ilə “ağ-qaralar”ı tərk edib.

O, şəxsi sosial media hesabında bununla bağlı paylaşım edib.

Maraq üçün bildirək ki, İbrahimli ötən ilin sentyabrında “Neftçi”də işə başlamışdı.

Məhz onun fəaliyyəti dövründə klubun sosial media platformalarındakı uğursuz paylaşımlar rəqiblərin qıcığına, ağ-qara rənglərə könül verən azarkeşlərin qəzəbinə səbəb olmuşdu.

“İşıqları söndürün”, “Sabah olmayacaq” kimi sonradan məşhurlaşan videopaylaşımlara görə bakılılar “Sumqayıt” və “Sabah”la matçlarda 4 xal itirmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO