COP29

“Qarabağ” bizi ötdü, “Neftçi”yə yenidən çempion olmaq lazımdır”

11 İyul 09:20 Neftçi 2 482
“Qarabağ” bizi ötdü, “Neftçi”yə yenidən çempion olmaq lazımdır”

"Neftçi"nin braziliyalı hücumçusu Andre Şinyaşiki “ağ-qaralar”ın 2024/25 mövsümündə qarşıya qoyduğu hədəflərdən danışıb.

Sportinfo.az xəbər verir ki, “VAVEL.com” saytına danışan forvard çempion olmaq istədiklərini söyləyib:

"Ötən mövsüm “Qarabağ” həqiqətən də nümunəvi sezon keçirdi. Bununla belə, “Neftçi” böyük ənənələrə malik klubdur və ona yenidən çempion olmaq lazımdır.

Bizim diqqətimiz bu məqsədə yönəlib. Çətin iş olacağına şübhə etmirik, lakin biz böyük klubu təmsil edirik və əlimizdən gələni etməliyik.

Biz titulların sayına görə Azərbaycanın bir nömrəli klubu idik, amma “Qarabağ” bizi ötdü.

Azarkeşlərimizə böyük sevinc bəxş etmək istəyirik və bunun üçün mövsümün əvvəlindən yaxşı kampaniya keçirməli olacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə