COP29

"Neftçi" macarların 3 milyon ödədiyi sabiq hücumçusunu geri qaytarır?

11 Yanvar 13:00 Neftçi 4 556
"Neftçi" macarların 3 milyon ödədiyi sabiq hücumçusunu geri qaytarır?

"Neftçi"nin sabiq hücumçusu Mateus Saldanyanı geri qaytaracağı yönündə yeni xəbərlər yayılıb.

Sosial şəbəkələrdə tirajlanan məlumata görə, paytaxt təmsilçisi ötən ilin sentyabrında Serbiya "Partizan"ından "Ferentsvaroş"a (Macarıstan) keçmiş forvardın xidmətində maraqlıdır və bugünlərdə tərəflər arasında danışıqlar start götürüb.

İddia olunub ki, “Ferentsvaroş” da transferinə 3 milyon avro ödədiyi braziliyalını icarəyə verməyə hazırdır. Çünki Saldanya əsas heyətə düşmək uğrunda mübarizədə özünü isbat etməyə çətinlik çəkir.

“Sambaçı“nın özü də Macarıstanda yaşadığı həyatdan o qədər razı deyil. Saytımız bu xəbərin nə dərəcədə həqiqət olub-olmadığını dəqiqləşdirib.

"Neftçi"dən əldə etdiyimiz məlumata görə, Samir Abasov əcnəbi hücumçu alınmasını istəyir, amma Saldanya həmin siyahıda yer almır. Odur ki, “Ferentsvaroş” və sözügedən braziliyalı ilə heç bir təmas qurulmayıb.

Saldanya 2023-cü ilin yanvarndan iyul ayınadək "Neftçi"də forma geyinib. O, icarə əsasında çıxış etdiyi “ağ-qaralar”ın heyətində 20 oyunda 5 qol vurub və və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha sonra Bakı klubu intizamsız davranışlarına görə onunla vidalaşıb. Serbiya klubundan aldığı təklifə gbrə düşərgəni bir-birinə qatan və özbaşına çıxıb gedən cənubi amerikalı ilə icarə müqaviləsinə xitam verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 19:30 Çək və bizə göndər!