COP29

Qriqorçuk bu oyunçunun da "Neftçi"dən göndərilməsini istədi

31 İyul 13:00 Neftçi 7 420
Qriqorçuk bu oyunçunun da "Neftçi"dən göndərilməsini istədi

Bugünlərdə «Neftçi»ni daha bir futbolçunun tərk etməsi gözlənilir.

Yeqor Boqomolski Roman Qriqorçukun gələcək planlarında yer almır.

Klubdan əldə etdiyimiz məlumata görə, yeni baş məşqçi bnlarulsu hücumçu ilə bağlı son fikrini söyləyib.

Ukraynalı çalışdırıcı 2 ildir ağ-qara formanı geyinən forvardın onu qane etməməsi barədə rəhbərliyi məlumatlandırıb.

Vaxtilə «Qəbələ»ni iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşımış sükançı Boqmolskinin qol hissinin zəif olmasını xüsusi qabardıb, i

kili mübarizələr zamanı rəqibi keçməkdə çətinlik çəkməsini vurğulayıb. O, sözləşməsi gələn ilin yayında başa çatacaq belaruslunun satılmasına, yaxud icarəyə verilməsinə tərəfdardır.

Qriqorçukun mövqeyi anlaşılandır. Paytaxt təmsilçisi bugünlərdə 2 yeni hücumçunu rənğlərinə bağlayıb.

Ramil Şeydayev və Andrey Ştoqrini artıq onun yeni «əsas silahlar»ı saymaq olar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti