"Neftçi"ni yaxşı yerlərə qaldıra biləcək 2-3 yerli məşqçimiz var".
Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “ağ-qaralar”ın gündəmində yer alan əsas məsələdən danışıb.
Bildirib ki, paytaxt təmsilçisi axır 3 sezonda əcnəbi mütəxəssislərə üstünlük verib, amma onların heç biri titul qazanmağı bacarmayıb.
Tanınnmış teleşərhçi Samir Abasovdan sonra gələnlərin etimadı doğrultmadığını xatırladıb və əlavə edib ki, klub rəhbərliyi, nəhayət, diqqəti yenidən yerli məşqçilərə yönəltməlidir.
«Ağ-qaralar» bugünlərdə Roman Qriqorçukla vidalaşıb. İyunun 26-da sükan arxasına keçmiş ukraynalı fəaliyyətinin 100-cü günündə vəzifədən alınıb.
Onunla 2 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Əsas kifayət qədər ciddidir - komanda rəhbərlik tərəfindən hər cür qayğı ilə əhatə olunsa da, Qriqorçuk Premyer Liqanın ilk dövrəsində 1 qələbə qazana bilməyib.
«Neftçi» 9 tur ərzində 5 xal toplayıb və turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN