COP29

“Neftçi” üçün yeni səhifə? – ŞOK İDDİAdan sonra

13 Oktyabr 03:40 Neftçi 3 958
“Neftçi” üçün yeni səhifə? – ŞOK İDDİAdan sonra

Son günlərdə yayılan maraqlı xəbərlərdən biri Fatih Terimlə bağlıdır.

İddialara görə, “Neftçi”nin yeni idarəçiləri məşhur türkiyəli mütəxəssisi komandaya gətirmək niyyətindədirlər.

Sportinfo.az xəbər verir ki, bu iddia futbol dünyasında geniş rezonans doğurub və tərəfdarların diqqətini cəlb edib.

Fatih Terim türk futbolunun ən uğurlu və tanınmış adlarından biridir. 1953-cü ildə Adanada anadan olan Terim, futbolçu karyerasını “Adanaspor” və “Qalatasaray”da keçirib.

Onun məşqçilik karyerası futbolsevərlərin daha çox yaddaşında qalıb. F.Terim, Türkiyə milli komandası və “Qalatasaray” ilə əldə etdiyi uğurlarla tanınır.

“Qalatasaray”a UEFA Kubokunu qazandıraraq, Türkiyə futbolunda tarixi nailiyyətə imza atıb.

Fatif Terimin məşqçi kimi karyerasında bir sıra klublar və milli komandalarla bağlı mühüm mərhələlər olub. O, “Qalatasaray” ilə bir neçə dəfə Super Liqa çempionluğunu qazanıb, həmçinin İtaliya “Milan” və “Fiorentina”da da çalışıb.

Hazırda Fatih Terim heç bir klubla işləmir Onun son iş yeri “Panatinaikos" olub.

Bu günlərdə onun adı müxtəlif klublarla hallanır, lakin ən son yayılan xəbərlərdə “Neftçi”yə gətiriləcəyi iddiası futbol ictimaiyyətində yeni bir müzakirə mövzusu olub.

“Neftçi”nin son illərdəki performansı və dəyişən idarəçiliyi nəzərə alınaraq, Fatih Terimin gətirilməsi ciddi dəyişikliklərə səbəb ola bilər.

Onun beynəlxalq təcrübəsi və zəngin futbol biliyi ilə komandanı növbəti səviyyəyə qaldıra biləcəyi düşünülür.

Hələlik bu xəbər rəsmi təsdiqini tapmayıb, lakin futbol azarkeşləri və “Neftçi” tərəfdarları səbirsizliklə bu məsələnin nəticəsini gözləyirlər.

Digər Xəbərlər
Xəbər Lenti