COP29

“Neftçi”nin baş məşqçisi yeni transferlə bağlı iddia etdi ki…

23 İyul 01:00 Neftçi 2 371
“Neftçi”nin baş məşqçisi yeni transferlə bağlı iddia etdi ki…

“Neftçi”nin yüksək hədəflərə çatması üçün Robert Bauerin çox köməyi dəyəcək".

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Robert Bauerin transfer olunmasına münasibət bildirərkən deyib.

Klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis almaniyalı futbolçunun keçidinə görə sevindiyini deyib:

"Çox şadam ki, heyətimizi Robert Bauerlə gücləndirdik. O, göstəricilərinə və keyfiyyətinə görə bizim oyun üslubumuza uyğun gəlir.

İnanıram ki, “Neftçi”nin yüksək hədəflərə çatması üçün Bauerin çox köməyi dəyəcək”.

29 yaşlı Robert Bauer "Neftçi" ikə 3 illik müqavilə bağlayıb. 29 yaşlı əcnəbi “Neftçi”də 23 nömrəli formanı geyinəcək.

Karyerasına 2014-cü ildə ölkəsində - "Karlsrue"də başlayan Bauer ilk peşəkar müqaviləsini "İnqolştadt" (Almaniya) ilə bağlayıb.

Burada 48 matç keçirib, daha sonra yüksək məbləğ qarşılığında "Verder"ə üz tutub, 3 il "ağ-yaşıllar"a məxsus olub.

2018-2019-cu illərdə "Nurnberq"in formasını icarə əsasında geyinib. O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib.

2019-cu ildə Rusiyanın yolunu tutub, 2 il Tula "Arsenal"ın uğurları üçün tər töküb.

Növbəti iki ili isə Belçikada, "Sint Trüden"də çıxış edib. Sonuncu klubu Səudiyyə Ərəbistanında "Əl-Tai" olub.

R.Bauer Almaniyanın U-20 və Olmpiya millilərində də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?