COP29

“Neftçi”dən deyildi – Getmir, minimum 6 ay da qalacaq

23 İyul 11:40 Neftçi 4 073
“Neftçi”dən deyildi – Getmir, minimum 6 ay da qalacaq

Son günlər “Neftçi”nin Alfa Konte ilə yollarını ayıracağtı yönündə sosial şəbəkələrdə xəbərlər yayılıb.

Bildirilir ki, Qriqorçuk 24 yaşlı vingerin performansından narazıdır.

“Ağ-qaralar”ın baş məşqçisinin onun satışa çıxarılmasını istədiyi iddia olunur.

Klubdan redaksiyamıza verilən informasiyada isə bunun əksi deyilir. Qeyd olunub ki, Konte Türkiyə toplanışında özünü yaxşı tərəfdən göstərməkdədir və ukraynalı çalışdırıcı ondan razılığını idarəçilərlə söhbətində ifadə edib.

Roman Qriqorçuk Miodraq Bojoviçin 6 aylıq dönəmində əsas heyətə düşməyə çətinlik çəkən vingerə minimum cari ilin sonunadək şans vermək fikrindədir.

Syerra Leone yığmasının üzvü bu ilin yanvarından “Neftçi”nin formasını geyinir. O, Premyer Liqada 8, ölkə kubokunda 4 oyunda meydana çıxıb və qol vurmayıb.

Afrikalı bakılılarla 2,5 +1 illik müqavilə bağlayıb. Konte Syerra-Leonenin “Sentral Parade” (2019-2021), İsrailin “Hapoel Umm Əl-Fəhm” (2021-2022), “Hapoel Rişon Lezion” (2022-2023) və Bolqarıstanın “Lokomotiv” (Plovdiv, 2023) klublarında çıxış edib. Millinin heyətində 2 oyun keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?