COP29

Almaniya millisinin eks müdafiəçisi "Neftçi"də - RƏSMİ

23 İyul 00:30 Neftçi 1 805
Almaniya millisinin eks müdafiəçisi "Neftçi"də - RƏSMİ

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi Robert Baueri rənglərinə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 29 yaşlı əcnəbi “Neftçi”də 23 nömrəli formanı geyinəcək.

Karyerasına 2014-cü ildə ölkəsində - "Karlsrue"də başlayan Bauer ilk peşəkar müqaviləsini "İnqolştadt" (Almaniya) ilə bağlayıb.

Burada 48 matç keçirib, daha sonra yüksək məbləğ qarşılığında "Verder"ə üz tutub, 3 il "ağ-yaşıllar"a məxsus olub.

2018-2019-cu illərdə "Nurnberq"in formasını icarə əsasında geyinib. O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib.

2019-cu ildə Rusiyanın yolunu tutub, 2 il Tula "Arsenal"ın uğurları üçün tər töküb.

Növbəti iki ili isə Belçikada, "Sint Trüden"də çıxış edib. Sonuncu klubu Səudiyyə Ərəbistanında "Əl-Tai" olub.

R.Bauer Almaniyanın U-20 və Olmpiya millilərində də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti