COP29

“Barselona”nın sabiq hücumçusu "Neftçi" ilə yox, bu klubla müqavilə imzaladı

1 Avqust 09:00 Neftçi 5 669
“Barselona”nın sabiq hücumçusu "Neftçi" ilə yox, bu klubla müqavilə imzaladı

“Visla”nın (Krakov)ispaniyalı hücumçusu Anxel Rodadonun "Neftçi"yə keçidi baş tutmayacaq.

Sportinfo.az xəbər verir ki, bir neçə gündür Polşa mətbuatı ispaniyalının “ağ-qaralar”la müqavilə imzalayacağını iddia edirdi.

Lakin ispaniyalı forvard Krakov təmsilçisi ilə müqavilə müddətini 2027-ci ilə qədər artırıb.

Klubun mətbuat xidməti isə məsələ ilə bağlı belə açıqlama verib: “Bizimlə qalmağına görə şadıq”.

Rodado “Malyorka B”, “İbiza”, “Barselona B” komandalarında oynadıqdan sonra 2022-ci ildə “Visla”ya keçib.

Digər Xəbərlər
Xəbər Lenti