COP29

Bunu kim desə yaxşıdır? - “Neftçi” “Qarabağ”dan sonra ikinci böyük klubdur"

4 İyul 12:40 Müsahibə 2 113
Bunu kim desə yaxşıdır? - “Neftçi” “Qarabağ”dan sonra ikinci böyük klubdur"

“Neftçi”nin müdafiəçisi Mark Tamaş Konfrans Liqasında “Sumqayıt”la qarşılaşacaq Macarıstan təmsilçisi “Fehervar”ın saytına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, macarıstanlı oyunçu Bakı təmsilçisindəki ilk mövsümündən, Azərbaycan çempionatı və "Sumqayıt" haqda danışıb.

– Sekesfehervarda doğulan və Vididə böyüyən bir oyunçu kimi hazırda "Neftçi”nin futbolçususunuz. Bakıya necə getdiniz?

– Düzdür, mən Vididə, Puşkaş Akademiyasında və DVTK-da oynadıqdan sonra legioner həyatım başladı. Əvvəlcə Polşaya köçdüm, sonra Sekelidən Sepsiyə gəldim və indi Bakıdayam. Ötən il Adrian Mutu “Neftçi”nin baş məşqçisi olmuşdu və o məni yerli çempionatdan tanıyırdı. Onun istəyi ilə “Neftçi” məni transfer etdi. Bura gəlməzdən əvvəl Azərbaycan çempionatı haqqında çox şey bilmirdim, amma “Qarabağ”ı yaxşı tanıyırdım. “Neftçi” “Qarabağ”dan sonra ikinci böyük klubdur.

– Azərbaycanda ilk mövsümünüz necə keçdi?

– Son mövsümü 5-ci pillədə başa vurduq və avrokuboklardan kənar qaldıq. Bütün mövsüm xaotik idi, hesablamalarım işə yaramadı. Ümid edirəm ki, yeni mövsüm daha yaxşı olar. Mənim üçün ən çətini isti iqlimə öyrəşmək idi. Əvvəl nəfəsim kəsilirdi, nəmliklə də mübarizə aparmalı oldum. Ancaq sonra düzəldi. Macarıstan çempionatı ilə Azərbaycan çempionatı bir-birinə bənzəyir. Mövsüm ərzində bir komanda ilə dörd dəfə oynayırsınız. "Qarabağ" "Ferentsvaroş" kimi uzun müddət çempion olub. Ondan başqa fəxri kürsülər üçün mübarizə aparan daha dörd yaxşı komanda var. İkinci və beşinci yerlər arasındakı fərq cəmi iki xal idi. Digər komandalar bir-birinə qarşı oynamağa üstünlük verir və onlar cədvəlin ikinci yarısında yer alırlar. Legioner limiti də var. Hər görüşdə azı 4 yerli futbolçu meydana çıxmalıdır.

– “Fehervar”ın rəqibi “Sumqayıt” haqda nələri bilməliyik?

– Ən vacibi odur ki, "Sumqayıt" ilk oyunu yeni stadionunda keçirəcək. Orada oynamışıq. “Sumqayıt” əks-hücumlara önəm verən komandadaır. Son həftələrdə hücumçularından birini satdılar və onu kimin əvəzləyəcəyi məlum deyil. Yarımmüdafiədə sürətli oyunları var. Bunların öhdəsindən gəlsən, qalib gələ bilərsən. “Fehervar” üçün çətin olacaq. İlk növbədə də hava şəraiti. Bunun öhdəsindən gəlmək asan olmayacaq.

– Şansları necə dəyərləndirirsiniz?

– Düşünürəm ki, irəliləyə bilərsiniz. “Sumqayıt”ın iqlimə görə üstünlüyü var. Lakin öz meydanınızda ciddi nəticə əldə edə, aradakı keyfiyyət fərqini ortaya qoya bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti