“Neftçi” turnir cədvəlinin “döyünən ürəyi”dir” – Ötən günlər üçün darıxır?

24 Aprel 23:00 Müsahibə 347
“Neftçi” turnir cədvəlinin “döyünən ürəyi”dir” – Ötən günlər üçün darıxır?

“Neftçi”nin keçmiş futbolçusu və yetirməsi Ömər Buludov Sportinfo.az-a müsahibə verib.

26 yaşlı müdafiəçi “ağ-qaralar”ın hazırkı durumu və problemləri ilə bağlı sualları cavablandırıb.

-“Neftçi” üçün darıxırsan?

-“Araz-Naxçıvan”ın şərəfini qoruduğum halda, bu suala cavab verməyim düzgün olmaz.

-Verəcəyin hansısa cavab “Araz-Naxçıvan”ı aşağılamağın mənasına gəlmir ki. Sadəcə ağ-qara formada keçirdiyin günlərin sənin üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilmək maraqlıdır.

-“Neftçi”də gözəl günlərim olub. Əlbəttə, nə vaxtsa yenə “Neftçi”nin formasını geyinmək istəyərəm. Ancaq darıxmaqla bağlı suala cavab vermək istəmirəm.

-“Neftçi”nin yetirməsi olaraq keçmiş komandanın hazırkı vəziyyətini necə qiymətlənidrirsən?

-“Neftçi” bu ölkənin flaqmanıdır, tarixi klubudur, turnir cədvəlinin “döyünən ürəyi”dir. Hər bir futbolçu o formanı geyinməyi arzulayır. Yəni “Neftçi” neçənci yerdə olmasınadan asılı olmayaraq hər zaman diqqət mərkəzində olub.

-Sən oynadığın dövrdə də problemlər kifayət qədər idi, bu gün də çatışmazlıqlar mövcuddur. Nə dəyişməlidir, nələri düzəltmək lazımdır?

-Klubun içində deyiləm. Kənardan baxıb nəsə deməyi də doğru hesab etmirəm. Proseslərin içində olsaydım, hansısa mənada şərh verə bilərdim. Fikrimcə, bu suala ən doğru cavabı orada çalışanlar verə bilər.

-Azərbaycan kubokunda “Neftçi” – “Araz-Naxçıvan” finalını təsəvvür edə bilirsən?

-Maraqlı oyun olar.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:50 Çək və bizə göndər!