Premyer Liqa klubunun legioneri bu adı eşidincə: “Xeyr-xeyr”

17 Aprel 16:40 Müsahibə 703
Premyer Liqa klubunun legioneri bu adı eşidincə: “Xeyr-xeyr”

“Kəpəz”in futbolçusu Dioqo Verdaşka Sportinfo.az-a müsahibə verib.

Portuqaliyalı müdafiəçi Premyer Liqanın 30-cu turunda “Araz-Naxçıvan”la qolsuz başa çata çatan oyundan sonra sualları cavablandırıb.

- Hesab oyuna görə oldu?

- Məqsədimiz qələbə qazanmaq idi. Bunun üçün çox çalışdıq, əla imkanlar yaratdıq. Ən vacibi odur ki, daha bir oyunda qapımızdan top buraxmadıq və öz meydanımızda məğlub olmadıq. Azarkeşlərimizi sevindirdiyimiz üçün şadıq. 1 xal bu gün üçün yaxşı nəticədir.

-“Araz-Naxçıvan”ın gücünü və hədəfini nəzərə alsaq, hesabın bu cür olacağını təxmin edirdin?

- Rəqibin yox, öz vəziyyətimizə baxmağın tərəfdarıyam. Həftəiçi məşqlərdə futbolçulardakı inamı və istəyi görəndə inanırdım ki, nəsə edə biləcəyik. Hücumların təşkili yönündə çox çalışırıq. Fikir verdizsə, yaratdığımız epizodlar hazırlanmış hücumların nəticəsiydi. Biz yaxşı oynayanda rəqibin gücü arxa plana keçir.

- Sonuncu pillədəki “Səbail”lə aranızdakı xal fərqi 8-ə yüksəldi. Məqsədinizə çatdığınıza deyə bilərik?

-Xeyr-xeyr. Hələ ki, hədəf yerinə yetirilməyib. Qarşıda 6 tur var deyə, çox şey dəyişə bilər. Ona görə də sona qədər mübarizə aparmalıyıq. Heç bir halda arxayınlaşmaq olmaz.

-Bundan sonra “Kəpəz”in 3-4 oyunda uduzacağı, “Səbail”in 3-4 qələbə qazanacağı mümkün görünür ki?

-Belə düşünmürəm. Ancaq həyat və futbol elədir ki, hər an hər şey dəyişə bilər. Elitada qalmağımız rəsmi təsdiqini tapmayana qədər heç nəyi təsəvvür etmək istəmirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!