“Bizə ancaq özümüz kömək edə bilərik, başqa heç kim” – Kapitan etiraf etdi

10 Aprel 20:00 Müsahibə 357
“Bizə ancaq özümüz kömək edə bilərik, başqa heç kim” – Kapitan etiraf etdi

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail” vacib oyunda “Turan Tovuz”dan xal qoparmağı bacardı.

“ASCO Arena”da baş tutan qarşılaşmada qol səsi çıxmayında, komandalar meydanı hərəyə 1 xalla tərk etdi.

Sportinfo.az-a müsahibə verən kapitan Yusif Nəbiyev sualları cavablandırdı.

- Heç-heçə ilə istəyinizə çatdığınızı deyə bilərik?

- Uduzmaqdan yaxşıdır. Düzünü desəm, meydana qələbə üçün çıxmışdıq. Vəziyyətimiz məlumdur, bu dəqiqə bizə qələbələr lazımdır. Ancaq hədəfə çata bilməyəndə 1 xalı qızıla bərabər saymaq olar.

- Elitadakı yerinizi qorumaq şansı nə dərəcədə real görünür?

- Qarşıda 7 oyun var. Bu isə kifayət qədər xal deməkdir. Həlledici mərhələyə qədəm qoymuşuq. Bundan sonra əlimizdən gələni edəcəyik ki, “Səbail”i Premyer Liqada saxlayaq.

- “Kəpəz”dən 4 xal geri qaldığınızı nəzərə alsaq (müsahibə “Sabah” – “Kəpəz” qarşılaşmasından əvvəl alınıb – H.), məqsədə çatmaqda sizə nə kömək edə bilər?

- Vəziyyət elədir ki, bizə ancaq özümüz kömək edə bilərik, başqa heç kim. Sona qədər mübarizə aparacağıq. Bunun üçün qollar vurmalı, qələbələr qazanılmalıdır. Bəzi oyunlardan qələbə ilə ayrılsaq, fərqi aradan qaldıra bilərik.

- “Kəpəz”in büdrəyəcəyini nəzərə alsaq, xallar xeyrinizə işləyəcək.

- “Kəpəz”lə işimiz yoxdur. Biz özümüzə baxmalıyıq.

- Öz oyununla bağlı nə deyə bilərsən? Bəzən inamlı çıxış edirsən, bəzən kobud səhvlərlə diqqət çəkirsən.

- Oyunum istədiyim səviyyədə deyil, bunu özüm də bilirəm. Daha yaxşı olması üçün əlimdən gələni edirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 20:00 Çək və bizə göndər!
13 Aprel 11:30 Bu işdə xeyir var!